AFFA daha bir rusiyalı futbolçuya milliləşmək təklifi edib.
Apasport.az saytının məlumatına görə, bunu “Rodina” klubunun idman direktoru Aleksey Zinin açıqlayıb.
O bildirib ki, çalışdığı komandanın futbolçusu Ruslan Fişenko Azərbaycan millisinə cəlb olunmaq təklifi alıb: “Həqiqətən də AFFA Ruslana vətəndaşlığını dəyişməyi təklif edib. O, dərhal bizi məlumatlandırıb. Onunla məsələni müzakirə etdik. Bu, Fişenkonun şəxsi qərarıdır. Futbolçu düşünmək üçün vaxt götürüb. Bir-iki həftəyə mövzuya qayıdacağıq. Onun seçimlə bağlı istənilən qərarına hörmətlə yanaşırıq. O, Azərbaycan vətəndaşlığı alsa da, komandamızdan ayrılmağı düşünmür”.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi əvvəllər “Ufa” və “Veles”də çıxış edib. 2023-cü ildən indiki klubunda forma geyinən Fişenkonun AFFA tərəfindən milliləşməsi yanvarda da gündəmə gəlsə də, həmin vaxt futbolçu yekun cavab verməyib.