AFFA “Qəbələ”nin futbolçusunun cəzasını ləğv etdi
07.10.2022 - 17:53
AFFA “Qəbələ”nin futbolçusunun cəzasını ləğv etdi

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, qurum “Qəbələ”nin müraciətinə baxıb.

Tribunal İntizam Komitəsinin Rövlan Muradov və klub barəsində verdiyi qərar ləğv olunub. Futbolçu barəsində verilən 2 oyunluq kənarlaşdırma cəzası və kluba tətbiq olunan 1600 manatlıq cərimə ləğv edilib.

Qeyd edək ki, yarımmüdafiəçi “Sumqayıt”la matçda qırmızı vərəqə aldığı üçün cəzalanmışdı.
 

writer photo
Əlirza Əlirzalı
0