"Araz-Naxçıvan" "Zirə" qarşılaşmasının stadionu dəyişdi
09.01.2024 - 12:24
"Araz-Naxçıvan" "Zirə" qarşılaşmasının stadionu dəyişdi

“Araz-Naxçıvan” və “Zirə” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun stadionu dəyişdirilib.

Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Görüş əvvəlcədən bildirildiyi kimi, Bakı Olimpiya Stadionunda deyil, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Qeyd edək ki, matç yanvarın 10-da saat 15:00-da start götürəcək. 

writer photo
Əlirza Əlirzalı
0