“Aris” Bakıya yollandı
26.07.2022 - 13:05
“Aris” Bakıya yollandı

Kiprin “Aris” klubu Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu üçün yola düşüb.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Limassol təmsilçisi bu gün ölkəni tərk edib.

Komandanı Bakıya gətirən təyyarə Larnakadan havaya qalxıb. Sabah paytaxtımızda son məşqini keçəcək “Aris” bununla da qarşılaşmaya hazırlığı yekunlaşdıracaq.

Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” görüşü saat 21:00-da başlayacaq. Bu komandaya arasındakı ilk matçda kiprlilər 2:0 hesablı qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0