Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI
27.06.2023 - 08:37
Avropa Oyunları gündəliyi: İDMANÇILARIMIZIN KRAKOV SINAĞI

Polşada keçirilən Krakov-2023 III Avropa Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, iyunun 27-də 25 medal dəsti sahibini tapacaq.

Bununla da oynanılan medal dəstlərinin sayı 166-ya çatacaq. Avropa Oyunlarının yeddinci günündə tamaşaçılar 14 növdə mübarizəyə şahid olacaq. 

Üç növ - reqbi-7, muaytay və breykdans üzrə yarışlara yekun vurulacaq. Bu növdən başqa, stolüstü tennis, qılıncoynatma, atıcılıq və suyatullanmada medal dəstləri sahibini tapacaq. 

Çimərlik futbolu, dağdan tramplinlə tullanma və triatlonda mübarizəyə start veriləcək. Son iki növdə ilk qaliblər də müəyyənləşəcək. Çimərlik futbolu kimi kamandan oxatma, badminton, boks, müasir beşnövçülükdə yarışlar davam edəcək.

Azərbaycan idmançıları bu növlərdən boks, kamandan oxatma, çimərlik futbolu, qılıncoynatma, badminton və atıcılıqda qüvvəsini sınayacaq. 

27 iyun
Boks

16:15. Qadınlar, 75 kq, 1/8 final
Aynur Rzayeva - İrina Nikoletta Şoenberqer (Almaniya)
17:00. Kişilər, 71 kq, 1/8 final
Sərxan Əliyev – Eskerxan Madiyev (Gürcüstan)
17:45. Kişilər, +92 kq, 1/8 final
Məhəmməd Abdullayev – Nikoloz Beqadze (Gürcüstan)
20:15. Qadınlar, 50 kq, 1/8 final
Anaxanım İsmayılova – Rita de Pinyo Soares (Portuqaliya)
20:30. Qadınlar, 57 kq, 1/8 final
Məhsəti Həmzəyeva-Ağamalıyeva – Tatevik Xaçatryan (Ermənistan)

Qılıncoynatma
11:00. Kişilər, şpaqa, fərdi yarışlar
Kənan Əliyev, Barat Quliyev, Ruslan Həsənov
15:00. Qadınlar, sablya, fərdi yarışlar
Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova, Palina Kaspiaroviç;

Çimərlik futbolu
A qrupu, I tur
22:30. Azərbaycan - Polşa

Atıcılıq
11:00. Skit, qadınlar, komanda yarışları, təsnifat mərhələsi
Regina Meftəhəddinova, Nurlana Cəfərova, Sevda Nəcəfova
11:00. Tapança, 25 m, qarışıq komandalar, təsnifat mərhələsi
Ruslan Lunyov, Nigar Nəsirova
17:45. Skit, qadınlar, komanda yarışları, final mərhələsi

Badminton
11:30. Kişilər, fərdi yarışlar, qrup mərhələsi, II tur
Edi Reski Dviçayo - Dimitar Yanakiyev (Bolqarıstan)
11:30. Qadınlar, fərdi yarışlar, qrup mərhələsi, II tur
Keyşa Fatimə Zəhra - Vlada Qinqa (Moldova)
11:30. Qadınlar, cütlər, qrup mərhələsi, II tur
Era Məftuha, Keyşa Fatimə Zəhra - Debora İlie, Şeril Seynen (Niderland)
18:00. Kişilər, cütlər, qrup mərhələsi, II tur
Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni - Covanni Qreko, David Salut (İtaliya)

Kamandan oxatma
15:30. Qadınlar, fərdi yarışlar, 1/32 final
Yaylagül Ramazanova – Paulina Ramanauskayte (Litva)

writer photo
Əlirza Əlirzalı
0