Azərbaycanlı hakim-inspektor Moldova klubunun oyununa təyinat alıb
07.08.2024 - 13:11
Azərbaycanlı hakim-inspektor Moldova klubunun oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev növbəti təyinatını alıb.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada yerli "Şerif" və Sloveniyanın “Olimpiya” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.

İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma Tiraspol şəhərində yerləşən “Şerif Arena”da baş tutacaq.

Qeyd edək ki, matç avqustun 15-də reallaşacaq.

writer photo
Əlirza Əlirzalı
0