Azərbaycanlı hakim Parisdə final görüşünü idarə edib
10.08.2024 - 12:49
Azərbaycanlı hakim Parisdə final görüşünü idarə edib

XXXIII Yay Olimpiya Oyunları davam edir.

Apasport.az xəbər verir ki, idmançılarımızla yanaşı bu Olimpiya oyunlarında güləş idman növü üzrə yarışların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev də təmsil edir.

Ötən gün 87 kq çəki dərəcəsində Bolqarıstan təmsilçisi Semyon Novikovla  iranlı Əlirza Məhəmmədpiani arasında keçirilən final qarşılaşmasının idarə olunması həmyerlimiz Asif Şirəliyevə həvalə olunub.

Şirəliyevin idarə etdiyi yarış bolqarıstanlı idmançının qələbəsi ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0