Qriqorçuk üçün bəlkə də son şans: Bu dəfə alınacaq? - YENİLƏNİR
20.09.2024 - 09:53
Qriqorçuk üçün bəlkə də son şans: Bu dəfə alınacaq?  - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.

Apasport.az xəbər verir ki, qarşılaşma saat 20:00-da "Azərsun Arena"da baş tutacaq. 

Azərbaycan derbisini FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Rəqiblərindən bir oyun az oynayan Ağdam klubu derbidə 3 xal qazanaraq üstünlüyü əldə etmək istəyir. Roman Qriqorçukun yetirmələri isə əzəli rəqibləri qarşısında mövsümün uğursuzluğunu qırmağa çalışacaqlar. 

Misli Premyer Liqası

VII tur

20 sentyabr

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Azərsun Arena"

writer photo
Əlirza Əlirzalı
0