"Digər komandaların oyunlarına baxmıram. Yalnız öz komandamızla maraqlanıram”.
Apasport.az xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasını 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis Almaniyada keçiriləcək final mərhələsinə qədər üstün cəhətlərini təkmilləşdirmək istədiklərini bildirib: “Bizim üçün əsas məqsəd nəyi yaxşı etdiyimizi görməkdir. Bu cür davam etmək və yaxşı məqamları təkmilləşdirmək istəyirik. Avropa çempionatında favorit olub-olmayacağımızı bilmirəm. Azarkeşlər həmişə Avropa çempionluğunu xəyal edə bilərlər. Ancaq biz təvazökar qalmalı və çox çalışmaqda davam etməliyik”.
Baş məşqçi qarşılaşmada 4 qol müəllifi olan hücumçu Romelu Lukaku haqqında da danışıb: “Lukaku çox sərrast görünür. O, fantastik hücumçu və insandır”.
Qeyd edək ki, Belçika yığması F qrupunda 20 xalla birinci yeri tutub. Azərbaycan millisi isə 7 xalla qrupu 4-cü pillədə tamamlayıb.
- Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün start tarixi bəlli olub
- "Kəpəz"in "Araz-Naxçıvan"la oyunu ləğv edildi
- Elvin Bədəlov: "Millidə hazırkı futbolçularla uğur qazanmaq mümkündür" - Müsahibə
- Almaniya millisinin yeni formasında 44 nömrə qadağan edilib
- Dieqo Kosta Premyer Liqa klubuna keçə bilmir