Beynəlxalq turnirdə 3-cü yer
21.09.2022 - 14:46
Beynəlxalq turnirdə 3-cü yer

Gürcüstanın paytaxtı Tbilisidə stolüstü tennis üzrə “WTT Youth Contender Tbilisi” turniri davam edir. 

Azərbaycan Stolüstü Tennis Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançılarımız bu gün iki yaş qrupunda  mübarizə aparıblar. 

11 yaşadək tennisçilərin turnirində bacarığını göstərən Onur Quluzadə yarışı 3-cü pillədə bitirib. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn idmançı 1/4 final səddini də adlasa da, yarımfinalda uduzaraq 3-cü yerlə kifayətlənib. 

15 yaşadək tennisçilərin turnirində qrup mərhələsini arxada qoyan Adil Əhmədzadə də, bu gün mükafatlar uğrunda yarışacaq.

Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov 1/16 finalda mübarizəni dayandırıb

Qeyd edək ki, Tbilisidə təşkil olunan yarışa 18 ölkənin idmançıları qatılıblar.
 

writer photo
Əlirza Əlirzalı
0