“Maraqlı, əvvəlki mundialları geridə qoyacaq dünya çempionatı izləyəcəyimizə ümid edirəm”.
Bunu apasport.az saytına açıqlamasında “Sabah”ın kapitanı Elvin Camalov Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı danışarkən deyib.
Azərbaycan millisinin yarımmüdafiəçisi noyabrın 20-də start götürəcək mundialla bağlı düşüncələrini bölüşüb. 27 yaşlı orta sahə oyunçusu turnirdəki favoritlərini və azarkeşlik edəcəyi komandanı da açıqlayıb: “Dünya çempionatında iştirak edəcək komandalar arasında Portuqaliya millisinə daha çox simpatiyam var. Bu yığma ilə yanaşı, Argentina, Braziliya və İspaniyanın dünya çempionatının əsas favoritləri olduğunu düşünürəm”.
Qeyd edək ki, DÇ-2022 dekabrın 18-dək davam edəcək. Noyabrın 20-dəki açılış oyununda ev sahibi Qətərlə Ekvador üz-üzə gələcək.