Əlcəzairdə iki medal
23.10.2023 - 17:01
Əlcəzairdə iki medal

Azərbaycan badmintonçuları növbəti uğura imza atıblar.

Apasport.az xəbər verir ki, təmsilçilərimiz Əlcəzairdə keçirilən “Algeria International 2023” beynəlxalq turnirində fərqləniblər.

Yığmamız Afrikada iki medal qazanıb. Edi Reski Dviçayo bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

Keişa Fatimə Zəhra isə yarışda 3-cü yeri tutub. O, bürünc medal qazanıb. 

writer photo
Əlirza Əlirzalı
0