Əsgər Abdullayev "İmişli"dən ayrıldı
31.05.2024 - 15:32
Əsgər Abdullayev "İmişli"dən ayrıldı

Azərbaycan I Liqasında çıxış edən "İmişli" klubu baş məşqçisi Əsgər Abdullayevlə yolları ayırıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi məşqçilər heyəti ilə iclas keçirib və onların hesabatları dinlənilib.

Daha sonra Rəhbərlik "İmişli" klubunun son mövsümdəki nəticəsini qənaətbəxş hesab edərək məşqçilərə təşəkkürünü çatdırıb. Ə.Abdullayevlə yanaşı onun köməkçiləri də klubdan göndərilib.

writer photo
Əlirza Əlirzalı
0