Kuadrado qərarını verib
04.05.2023 - 22:43
Kuadrado qərarını verib

Xuan Kuadrado “Yuventus”u tərk edəcək.

Apasport.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi yayda başa catacaq müqaviləsini yeniləmək niyyətində deyil.

2015-ci ildən “Yuventus”da çıxış edən kolumbiyalı futbolçu artıq bu barədə klub rəhbərliyini məlumatlandırıb. Transfer dəyəri 5 milyon avro qiymətləndirilən Kuardado gələcəyi ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Xuan “Qoca Sinyora”nın heyətində 5 dəfə İtaliya çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

writer photo
Əlirza Əlirzalı
0