“Makkabi” – “Zirə”: Bukmekerlərin şanslısı
28.07.2022 - 15:04
Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Makkabi” (Təl-Əviv, İsrail) - “Zirə” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları meydan sahiblərini qarşılaşmanın aşkar favoriti sayırlar.
Bu gün Blumfild stadionunda təşkil olunacaq görüşdə İsrail klubunun qələbəsi 1,25, qonaqların qalib gəlməsi 10,50 əmsaldır. Təl-Əvivdəki heç-heçəyə 5,50 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
0
0