“Mançester Siti”nin sabiq futbolçusu “Turan Tovuz”da
08.04.2023 - 14:21
“Mançester Siti”nin sabiq futbolçusu “Turan Tovuz”da

“Turan Tovuz” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Divinie Naah ilə 3 ay + 1 il müddətində müqavilə bağlanıb. 26 yaşlı qanalı yarımmüdafiəçi ilə
futbolçu karyerası ərzində “Mançester Siti” (İngiltərə), ”Stromqodset” (Norveç), “Breda” (Niderland), “Norşelland” (Danimarka), “Orebro” (İsveç), “Tubiz” (Belçika), “Hapoel” (İsrail), “Mosta” (Malta) komandalarının formasını geyinib. O, son olaraq Litva “Jalgiris”ində çıxış edib. 

Qeyd edək ki, Naah Tovuz təmsilçisində 24 nömrəli formanı geyinəcək.

writer photo
Əlirza Əlirzalı
0