Mbappe klub almağa hazırlaşır
12.07.2024 - 17:55
Mbappe klub almağa hazırlaşır

"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe futbol klubu almağa hazırlaşır.

Apasport.az xəbər verir ki, o, növbəti mövsüm Fransanın II liqasında çıxış edəcək "Kan"ı almaq istəyindədir.

Aşağı liqa təmsilçisi ilə danışıqlar davam edir. Mbappe özü uşaqlıqda bu klubun akademiyasında məşq edib.

Qeyd edək ki, iyunun 3-də ulduz futbolçunun “Real Madrid”ə keçidi rəsmiləşib.


 

writer photo
Əlirza Əlirzalı
0