Meza Kolli: “Mutu “Neftçi” üçün yaxşı işlər görəcək” - Eksklüziv
25.10.2023 - 13:51
Meza Kolli: “Mutu “Neftçi” üçün yaxşı işlər görəcək” - Eksklüziv

Uzun illər Azərbaycanda oynamış, hazırda isə Səudiyyə Ərəbistanının “Ohod” klubunda çıxış edən Sezar Meza Kolli apasport.az saytına açıqlama verib. 

O, hazırkı komandasındakı çıxışından və “Neftçi”nin baş məşqçisi Adrian Mutudan danışıb: 

“Səudiyyə Ərəbistanında işlərim normal gedir. Özünüz də bilirsiz ki, burada futbola nə qədər sərmayə qoyulur, komandalara nə qədər legioner cəlb olunur. Mənim də işlərim yaxşı gedir. Qardaşım Derlislə eyni komandada oynayırıq. Hər şeyin daha yaxşı olması üçün çalışıram". 

Azərbaycan çempionatının oyunlarını da izlədiyini deyən Sezar Mutunun "Neftçi" üçün doğru seçim olduğunu bildirib:

"Təbii ki, Azərbaycan çempionatını da vaxt tapdıqca izləyirəm. Maraqlı liqa gedir. Sırf olaraq “Neftçi”dən söhbət gedirsə, təbii ki, onlara uğurlar arzulayıram. Adrian Mutu ilə “Çezena”da birlikdə oynamışıq. Məncə, Mutu “Neftçi” kimi klub üçün ən uyğun məşqçidir, böyük insan və böyük məşqçidir. “Neftçi” və Adrian üçün hər zaman ən yaxşısını arzulayıram. Zamanla o, klub üçün böyük işlər görəcək. Bundan əminəm. Adrian üçün ancaq xoş sözlər söyləyə bilərəm. İtaliyada onunla komanda yoldaşı olanda, həm oyunçu, həm də insan kimi ondan çox şey öyrənmişəm. Əminəm ki, “Neftçi” üçün yaxşı işlər görəcək”.

writer photo
Əlirza Əlirzalı
0