Mixal Skoraş: “Revanşdan əvvəl kiçik üstünlük əldə etdik”
06.07.2022 - 09:21
Mixal Skoraş: “Revanşdan əvvəl kiçik üstünlük əldə etdik”

“Asan oyun olmadı. Rəqib topa daha çox sahib idi, amma biz də meydanda yaxşı hərəkət etdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Lex”in hücumçusu Mixal Skoraş Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazandıqları ev oyunu barədə danışarkən deyib.

22 yaşlı futbolçu Poznan stadionundakı qarşılaşmada düzgün müdafiə olunmalarının həlledici rol oynadığını söyləyib: “Bizim meydanda özünəməxsus vəziyyətimiz var idi. Əsas fərqimiz bütün komandanın çox yaxşı təşkilatlanmış şəkildə müdafiə olunması idi. Rəqiblərin optik üstünlüyünə baxmayaraq, əslində yüz faizlik qol şansları yox idi”.

Skoraşın fikrincə, ikinci hissəni daha yaxşı keçiriblər: “Fasilədən sonra oyuna yeni nəfəs gətirən dəyişikliklər bizə kömək etdi. 50-ci dəqiqədən etibarən tempi artırdıq, rəqibə hücum qurarkən sərbəstlik vermədik. Həmlələrinin qarşısını almağa çalışdıq və onlar da səhv etdilər. Qol epizodunda da Mikael İshak hücumçunun dayanmalı olduğu yerdə idi. Bunun sayəsində 1:0 hesabı ilə qalib gəldik. Revanşdan əvvəl kiçik üstünlük əldə etdik”.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0