“Neftçi” son transferi “Aris”ə qarşı oynaya bilər – sifariş olundu
21.07.2022 - 15:17
“Neftçi” son transferi Yeqor Boqomolskini Konfrans Liqasının iştirak ərizəsinə daxil edib.
Apasport.az xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında yerləşdirilib.
Bir gün öncə transfer edilən Belarus millisinin hücumçusu artıq bu gün II təsnifat mərhələsinin Kipr “Aris”i ilə səfər matçında debüt edə bilər. “Ağ-qaralar”la 3 illik müqavilə imzalayan 22 yaşlı oyunçu yeni komandasında 77 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bu gün “AEK Arena”da keçirilcək “Aris” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
0
0