Ozan Canın komandası yenə qələbə qazana bilmədi
09.03.2024 - 17:17
Niderland birinci divizionunda 29-cu turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün də formasını geyindiyi “Eyndhoven” səfərdə “Villem II" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, “Eyndhoven” hazırda 33 xalla 14-cü pillədə qərarlaşıb.
0
0