Azərbaycan milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.
Apasport.az-ın məlumatına görə, bu, yığmamızın mötəbər turnirə əldə etdiyi dördüncü vəsiqə olub.
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan atletika üzrə dünya çempionatında Azərbaycan milli komandasının üzvü Anna Skidan bu uğuru əldə edib. O, çəkicatma yarışlarının təsnifat mərhələsində 77.10 metr nəticə göstərərək final mərhələsinə yüksəlib. Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyən atlet Paris Yay Olimpiya Oyunlarında çıxış etmək hüququna sahib olub.
Qeyd edək ki bundan əvvəl güllə atıcılığında Ruslan Lunyov, boksçular Murad Allaverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+91 kq) 2024-cü ildə Fransa paytaxtında təşkil olunacaq Olimpiadaya lisenziya qazanıblar.
Paris-2024 Olimpiadasına dördüncü lisenziya
23.08.2023 - 23:22
0
0