“Qarabağ” Avropa rekordunun bir addımlığında
03.10.2022 - 10:48
“Qarabağ” Avropa rekordunun bir addımlığında

“Qarabağ” Premyer Liqada ardıcıl 10-cu qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, cari mövsümün startında keçirdiyi 7 oyunun hamısında qalib gələn Qurban Qurbanovun yetirmələrinin seriyası ötən çempionatda başlayıb.

Ağdamlılar çempion olduğu mövsümün son üç görüşündə də qalib gəlib. Bu seriya Avropa ölkələrinin milli çempionatlarında 3-cü göstəricidir.

“Qarabağ” davam edən qələbə seriyalarına əsasən yalnız iki komandadan geri qalır. Təmsilçimizi Avropa rekordundan bir qələbə ayırır.

Qitədən hamıdan öndə isə “Molde” və “Düdelanj” qərarlaşıb. Hər iki komanda ardıcıl 11 qələbə əldə edib.

“Düdelanj” “Qarabağ” kimi cari mövsümdə 7 dəfə qalib gəlib. Lüksemburq çempionatının ötən mövsümündəki son 4 matçda qələbə qazanıb.

“Molde” isə yaz-payız sistemi ilə keçirilən Norveç çempionatında fərqlənib. Yarışın lideri 11 qələbəni cari mövsümdə sıralayıb.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu “Qəbələ”yə qarşı keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0