“Qarabağ” - “Gent” matçının biletləri satışda
10.02.2023 - 10:27
“Qarabağ” - “Gent” matçının biletləri satışda

Konfrans Liqasının pley-offunda keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Gent” (Belçika) oyununun biletləri satışa çıxarılır.

Apasport.az saytının məlumatına görə, oyunu izləmək istəyənlər bu gün saat 11:00-dan etibarən biletləri ala bilər.

Bunun üçün azarkeşlər tribunadan asılı olaraq 5, 30, 40, 75 və 100 manat ödəməlidir. Biletlər Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, “Park Bulvar”dakı “Qarabağ”ın Fan Şopunda saat 11:00-dan 20:00-dək, “28 mall” və “Gənclik mall” ticarət mərkəzlərində isə 11:00-dan 22:00-dək satılır. Həmçinin “Iticket.az”ın satış məntəqələri onlayn satış aparılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Gent” matçı fevralın 16-da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0