“Qarabağ” rekordun 4 dəqiqəliyində
12.02.2025 - 10:45
“Qarabağ” rekordun 4 dəqiqəliyində

“Qarabağ” Misli Premyer Liqasının XXII turunun “Səbail”lə görüşündə 18 dəqiqəyə 5 qol vurub.

Apasport.az xəbər verir ki, Ağdam klubu 76-cı dəqiqədə hesabı açıb və 90+3-cü dəqiqədə 5-ci dəfə fərqlənib.

Bu, Azərbaycan çempionatlarında XXI əsrin ikinci göstəricisidir. 5 qolu ən qısa müddətdə vuran komanda isə “Rəvan” olub.

2012/13 mövsümündə fərqlənən paytaxt klubu 2013-cü il martın 30-da “Turan”ın qapısına 14 dəqiqəyə 5 qol vurub. 6:2 hesablı səfər qələbəsi qazanan “Rəvan” 60-73-cü dəqiqələrdə buna imza atıb. Həmin matçda Mindauqas Kalonas 60-cı, Xuan Manuel Varea 61, 68 və 72-ci, Miloş Adamoviç 73-cü dəqiqədə qol vurub.