“Qarabağ” uduzmayacaq - MƏRC
02.11.2022 - 15:55
“Qarabağ” uduzmayacaq - MƏRC

“Qarabağ” sabah Avropa Liqasının qrupunda son oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Almaniya təmsilçisi “Frayburq”u qəbul edəcək.

Bakıdakı qarşılaşma təkcə azarkeşlər deyil, proqnozsevərlərin də maraq dairəsindədir. Futbol eksperti Sergey Qonçarov betterlər üçün öz proqnozunu verib:

Bukmeker kontorlarının analitikləri üstünlüyü meydan sahiblərinə verir. Mən də bununla tamamilə razıyam.

Bəli, “Frayburq” ilk baxışdan qarşıdakı rəqibini ustalıq səviyyəsində üstələyir. Ancaq çətin ki, baş məşqçi Kristian Ştrayx öz ulduzları ilə risk etsin. O, özünü göstərmək üçün gənclərə şans verəcək.

Hər halda Almaniya klubu artıq 1/8 finaldadır. Buna görə də lazımsız itkilərə ehtiyac yoxdur.

“Qarabağ”ın isə Azərbaycanda oynadığı qarşılaşmada büdrəməyə haqqı yoxdur. Çünki növbəti mərhələyə vəsiqənin taleyi həll olunur.

Amma yenə də sığortalı mərcə üstünlük verirəm. Meydan sahiblərinin uduzmayacağını proqnozlaşdırıram. Bunun əmsalını bir az artırmaq üçün qol sayına ehtiyatlı mərci də əlavə etmək olar.

Proqnozum: 1X və 1,5 Üst
 

writer photo
Əlirza Əlirzalı
0