Misli Premyer Liqasında mükafatçılardan biri bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Qarabağ” ilk “üçlük”dəki yerini təmin edib.
Bu, XXVI turun ikinci oyun günündə dəqiqləşib. Qurban Qurbanovun yetirmələri “Səbail”i 3:0 hesabı ilə darmadağın edib.
Bununla da ağdamlılar xal hesabını 68-ə çatdırıb. Çempionatın lideri 4-cü pillədəki “Zirə”dən 31 xal öndədir. Mövsümün sonuna 10 tur qaldığından “Qarabağ” 4-cü və daha aşağı pillələrdəki komandalar üçün əlçatmaz olub.
Nəticədə Ağdam klubunun ilk “üçlük”də yer alacağı dəqiqləşib. “Qarabağ” medallardan birini və avrokuboklara vəsiqəni də təmin edib.