“Qarabağ”dan azarkeşlərə sürpriz
11.07.2022 - 13:13
“Qarabağ”dan azarkeşlərə sürpriz

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın “Lex”lə keçirəcəyi cavab oyunu öncəsi azarkeşləri sürpriz gözləyir.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.

Bildirilib ki, qarşılaşma günü saat 18:30-dan etibarən Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı təşkil olunacaq. Bu üzdən azarkeşlərdən daha erkən saatlardan tribunalardakı yerlərini tutmaları xahiş olunub.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lex” görüşü saat 20:00-da başlayacaq. Polşadakı ilk matçda təmsilçimiz 0:1 hesabı ilə məğlub olub.

writer photo
Əlirza Əlirzalı
0