"Qarabağ"ın "Qalatasaray"la oyunu üçün plastik su qablarına icazə veriləcək
25.03.2023 - 21:45
"Qarabağ"ın "Qalatasaray"la oyunu üçün plastik su qablarına icazə veriləcək

"Qarabağ"ın "Qalatasaray"la oyunu üçün tribunalar saat 17:00-dan etibarən açıq olacaq.

Apasport.az xəbər verir ki, bu barədə Bakı Olimpiya Stadionu məlumat yayıb.

Həmçinin, o da məlum olub ki, tamaşaçıların bəzilərinin oruc tutacağını nəzərə alınacaq və bütün şəxslərə arenaya plastik su qablarında daxil olmağa icazə veriləcək.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

writer photo
Əlirza Əlirzalı
0