“Alonso yüksək səviyyəli futbolçu idi".
Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Andrey Lunyov “Championat” saytına müsahibəsində deyib.
Rusiyalı qolkiper Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları "Bayer"in baş məşqçisi Xabi Alonsonu Zinəddin Zidana bənzədib: "Onun tələblərini başa düşmək asandır. Super ideyalar yoxdur, amma icra keyfiyyəti və tələblər öz nəticəsini verir. Təcrübə göstərir ki, yaxşı oyunçular çox vaxt sonradan böyük məşqçiyə çevrilirlər. Məsələn, Zinəddin Zidan “Real”la üç dəfə Çempionlar Liqasının qalibi oldu. Böyük oyunçu həm də böyük məşqçi kimi tarixə düşdü. Alonso da belədir".
Qeyd edək ki, “Qarabağ” martın 7-də doğma meydanda, bir həftə sonra - 14 martda Almaniyada “Bayer”ə qarşı oynayacaq.