Qazaxıstanın "Turan" klubu “Neftçi”nin və Azərbaycan millisinin qapıçısı Emil Balayevə təzminat ödəyəcək.
Apasport.az xəbər verir ki, bu barədə 29 yaşlı qolkiperin vəkili Elcan Həsənli "Feysbuk” hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar qəbul edib.
Vəkil 2022-ci ilin yayında müqavilənin ləğvindən sonra "Turan"ın Balayevə təzminat ödəməli olduğunu, lakin sonradan bundan imtina etdiyini bildirib. Həsənli bu səbəbdən FIFA-ya şikayət etdiklərini və tələblərinin qəbul olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, hazırda "Neftçi"də çıxış edən Emil 2022-ci ilin martından iyuluna qədər "Turan"ın şərəfini qoruyub.