"Qəbələ"də daha bir itki
29.10.2023 - 09:34
"Qəbələ"də daha bir itki

Qəbələ"nin futbolçusu Emil Səfərov sıradan çıxıb. 

Apasport.az xəbər verir ki, millimizin də üzvü olan 21 yaşlı yarımmüdafiəçinin ayaq biləyinin oynaq bağları zədələnib.

O, qarşıdakı həftədə bərpa prosesi keçəcək.

Qapıçı Kristof Atanqana sağalıb və komandaya qoşulub. Ötən oyunda zədə səbəbindən meydana çıxmayan Ahmed Ayzaya qarşıdakı matçda iştirak edəcək. 

Qeyd edək ki, “Qəbələ” bu gün Misli Premyer Liqasının 11-ci turunda "Sumqayıt"ın qonağı olacaq. Baş məşqçi Elmar Baxşıyev cəza səbəbindən müdafiəçi İlkin Qırtımovla israilli hücumçu Osama Xalaylanın xidmətindən də istifadə edə bilməyəcək.

writer photo
Əlirza Əlirzalı
0