Çempionlar Liqasının I təsnifat mərhələsinə start verilib.
Apasport.az-ın məlumatına görə, “Qarabağ”ın potensial rəqibləri arasında keçirilən oyunda qapılara bir qol vurulub.
Polşa çempionu “Rakuv” öz meydanında qələbə qazanıb. “Flora” ilə görüşdə Koçerginin vurduğu top yeganə olub.
Günün ən gözlənilməz nəticəsi Kosovoda qeydə alınıb. “Ballkani” Bolqarıstan çempionunu məğlub edib. 2:0 hesablı qələbə kosovalılara böyük üstünlük qazandırıb.
Qeyd edək ki, cavab oyunları bir həftə sonra keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
“Linkoln” (Cəbəllüttariq) – “Qarabağ” (Azərbaycan) – 1:2
“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) - 0:0
“Olimpiya” (Lyublyana, Sloveniya) – “Valmiera” (Latviya) – 2:1
“Rakuv” (Polşa) – “Flora” (Estoniya) – 1:0
“Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail) - 0:4
“Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan) – 2:0
“Şemrok Rovers” (İrlandiya) – “Breydablik” (İslandiya) – 0:1
“Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan) – 0:0
“Partizani” (Albaniya) – BATE (Belarus) – 1:1