Rəşad Sadıqov: "Hələlik birinci hissəni oynamışıq"
12.07.2024 - 00:07
Rəşad Sadıqov: "Hələlik birinci hissəni oynamışıq"

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən “Şerif” – “Zirə” matçı təmsilçimizin qələbəsi ilə yekunlaşdı.

Apasport.az xəbər verir ki, oyundan sonra hər iki komandanın baş məşqçisi mətbuat nümayəndələri ilə fikirlərini bölüşüb.

Rəşad Sadıqov "Şerif" səfərindəki qələbə barədə danışıb: 

"Avrokuboklarda ilk oyun həmişə ağır keçir. Bu gün meydanda taktiki mübarizə getdi. Sona yaxın fərqlənib vacib qələbə qazana bildik. Nəticədə cavab matçı ərəfəsində kiçik üstünlük qazandıq. Hələlik 1-ci hissəni oynamışıq. Bizi cavab matçında çətin və məsuliyyətli oyun gözləyir. İndi komandalar bir-birini daha yaxşı tanıyır. Cavab matçı ərəfəsində təhlil üçün daha çox məlumatımız olacaq. Hava çox isti idi və hər iki tərəfə dinamik oyun göstərmək üçün çətinlik yaradırdı”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0