AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XVII turunda baş verənlər müzakirə olunub.
“Sabah”ın futbolçusu Ceyhun Nuriyev “Kəpəz”lə səfər matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla ümumilikdə 4 oyunluq cəzalandırılıb. Ona 3 aylıq sınaq müddəti təyin olunub.
“Sabah” 3200 manat cərimələnib.
Bakı klubu qapıçılar üzrə məşqçisi Vitaliy Kovalyova görə də ziyana düşüb. Hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alan çalışdırıcı 1 oyunluq cəza alıb, klubu 800 manat cəriməyə məruz qoyub.
“Turan Tovuz”la səfər görüşündə 4 oyunçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 800 manat cərimə edilib.