“Şamaxı” ikinci yoxlama oyununda qələbə qazandı
20.07.2024 - 21:06
“Şamaxı” ikinci yoxlama oyununda qələbə qazandı

“Şamaxı” yay təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, Premyer Liqada çıxış edəcək komanda “Pelikan”la qarşılaşıb.

Oyun Ayxan Abbasovun yetirmələrinin 5:0 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. "Şamaxı"nın heyətində Conatan Benteke, Ramin Əhmədov, Belajdi Pusi və Elşad Tağıyev (2) fərqlənib.

Qeyd edək ki, şamaxılılar ilk yoxlama matçında "Kəpəz"ə qalib gəliblər (2:1).

writer photo
Əlirza Əlirzalı
0