"Turan Tovuz" və “Neftçi” yarımfinalda – YENİLƏNİBVİDEO
20.12.2022 - 21:48
"Turan Tovuz" və “Neftçi” yarımfinalda – YENİLƏNİB  – VİDEO

Bu gün Azərbaycan kubokunda 1/4 finalın cavab oyunlarına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, yarımfinala son iki vəsiqə sahibini tapıb.

Günün ilk qarşılaşması Tovuzda təşkil olunub. Qərb derbisində “Kəpəz” “Turan Tovuz”un qonağı olub. Meydan sahibləri 2 top fərqlə öndə olsa da, Gəncə təmsilçisi hesabı tarazlaşdırıb – 2:2. Ancaq bu hesab Tovuz klubunun yarımfinala adlaması üçün bəs edib.

Digər qarşılaşma Bakıda baş tutub. Premyer Liqada da mükafatlara iddia edən “Neftçi” və “Zirə” 1/4 final səddini adlamaq üçün mübarizə aparıb. İlk matçda 0:1 uduzan "Neftçi" öz meydanında əlavə vaxtda vurduğu qol hesabına mərhələ adlayıb.

Qeyd edək ki, yarımfinalın dünən müəyyənləşən ilk cütündə “Qəbələ” və “Səbail” üz-üzə gələcək. Bu mərhələnin matçları aprelin 19-da və 27-də keçiriləcək.

Azərbaycan kuboku
1/4 final, cavab oyunu
20 dekabr (çərşənbə axşamı)
14:00. “Turan Tovuz” – “Kəpəz” - 2:2
Qollar:
Faiq Hacıyev, 15, Xəyal Nəcəfov, 16 – Fərid Nəbiyev, 32, 45+3
Baş hakim: Rəvan Həmzəzadə
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 88. Faiq Hacıyev, 30. Piruzi Marakvelidze, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 97. Sadiq Şəfiyev, 9. İmeda Aşortiya
Baş məşqçi: Ayxan Abbasov
“Kəpəz”: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 20. Mahir Həsənov, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov
Tovuz şəhər stadionu
İlk oyun – 2:1

19:00. “Neftçi” – “Zirə” - 3:1
Qollar:
Boqomolski, 3. Mahmudov, 45+1. Sayef, 95 – Bronyo, 89
Baş hakim: Rauf Cabarov
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mərt Çəlik, 20. Vüsal Əsgərov, 84. Hüseyn Babayev, 51. David Orucov, 42. Xaqan Məmmədov, 91. Ağadadaş Salyanski, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 16. Qilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf
“Zirə”: 41. Anar Nəzirov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sərtan Taşkın, 21. Hacıağa Hacılı, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dimitrios Xantakias, 5. Moiz Adileu 
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 9. Loris Bronyo, 47. Məhəmməd Hamdaui, 26. Nemanya Ancelkoviç, 17. Toni Qomis
Baş məşqçi: Rəşad Sadıqov
“Bakcell Arena”
İlk oyun – 0:1

writer photo
Əlirza Əlirzalı
0