Ten Haqın istədiyi 4 futbolçu
21.06.2022 - 00:44
Ten Haqın istədiyi 4 futbolçu

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yayda bəzi oyunçuların almasını istəyib.

Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssis konkret olaraq 4 oyunçunu sərəncamında görmək niyyətindədir.

Ten Haqın ilk tələbi “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq və “Ayaks”ın müdafiəçisi Yurrien Timberdir. Çalışdırıcı eyni zamanda “Ayaks”ın vingeri Antoni ilə “Brentford”la müqaviləsi başa çatan yarımmüdafiəçi Kristian Eriksenin də xidmətində maraqlıdır. 

Timberin keçidi baş tutmasa, “Vilyarreal”dan Pau Torres və ya “Braqa”dan David Karmanla danışıq aparılacaq.
 

writer photo
Əlirza Əlirzalı
0