Yığmamızın hücumçusu: “Səhvlərdən qaça bilmədik”
09.10.2022 - 14:15
Yığmamızın hücumçusu: “Səhvlərdən qaça bilmədik”

“Oyundan və nəticədən razı qaldım. Bizim üçün vacib matç idi”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Vilela dünya çempionatının əsas mərhələsinə Polşa üzərində qazanılan 4:3 hesablı qələbəni dəyərləndirərlən deyib.

İki qolla qarşılaşmanın qəhrəmanı olan hücumçu azfutzal.az-a açıqlamasında Polşanı qrupun ən təhlükəli rəqibi adlandırıb: “Polşa qrupda əsas rəqibimizdir. Əlbəttə, iki qol vurmaqla komandama faydalı olmaq bir başqa sevincidir. Güclü oyunçulara sahibik və qarşıya qoyulan məqsədə çatmaq üçün potensialımız var. Oyundan-oyuna daha yaxşı olacağıq. İndi mövsümün əvvəlidir, bəzi futzalçılarımız tam formada deyil, zədəlilərimiz var”.

Vilela 3:1 öndə olduqları zaman səhvlərə yol verdiklərini və üzdən rəqibin hesabı bərabərləşdirdiyini söyləyib: “Razıyam ki, hesab 3:1 olanda daha diqqətli oynamalı idik. Çünki qarşımızda güclü rəqib var idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Amma önəmli olan yekun nəticə idi ki, biz də bunu xeyrimizə dəyişə bildik”.

Yığmamızın üzvü artıq Yunanıstanla görüş barədə düşündüklərini vurğulayıb: “Dünən istirahət etdik. Bu gün Bakıda Yunanıstanla oyuna hazırlıq üçün son məşqimizi keçəcəyik və Afinaya yollanacağıq. Yunanıstan millisinə hörmətlə yanaşırıq. Rəqibin zəif və ya güclü olmasından asılı olmayaraq, qələbə 3 xal verir. Biz də xal ehtiyatımızı artırmaq üçün mütləq qələbə qazanmalıyıq”.

Qeyd edək ki, Azərbaycan yığması qrupda ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0