“Sabah” ölkə birinciliyinin bir addımlığında
24.05.2024 - 09:49
“Sabah” ölkə birinciliyinin bir addımlığında

Bu gün Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşə bilər.

Apasport.az xəbər verir ki, final seriyasının dördüncü matçında "Sabah" "Xəzri"ni məğlub edəcəyi təqdirdə titula sahib çıxacaq.

Komanda ötən mövsümdə də Azərbaycan çempionu olub.

"Sabah" hazırda seriyada 2:1 (70:95, 94:63, 75:59) öndədir.

Qeyd edək ki, klublar üç qələbə qazanana qədər oynayırlar. "Xəzri" hesabı bərabərləşdirsə, beşinci qarşılaşma mayın 28-də reallaşacaq.

Azərbaycan Basketbol Liqası
Final seriyasının dördüncü oyunu
19:30. "Xəzri" - "Sabah" 
Sərhədçi İdman Mərkəzi 

writer photo
Əlirza Əlirzalı
0