Bu gün matça çıxmalı olan hakimlər içkili halda saxlanılıb
06.08.2024 - 17:07
Bu gün matça çıxmalı olan hakimlər içkili halda saxlanılıb

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dinamo Kiyev" - "Reyncers" matçının hakimləri Polşada saxlanılıb.

Apasport.az xəbər verir ki, buna səbəb onların xuliqanlıq etməsi olub.

Bunlar VAR hakimi Bartoş Frankovski və AVAR hakimi Tomaş Musialdır. Onlar spirtli içki qəbul etdikdən sonra yol nəqliyyat nişanını yerindən çıxardıqları üçün polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, UEFA görüşə yeni VAR və AVAR hakimləri təyin edib. 

writer photo
Əlirza Əlirzalı
0