DÇ-2022: FIFA stadion qalmaqalına aydınlıq gətirdi
22.11.2022 - 12:35
DÇ-2022: FIFA stadion qalmaqalına aydınlıq gətirdi

FIFA Qətərdə keçirilən dünya çempionatı üçün stadion tutumu ilə bağlı yaranan qalmaqallı müzakirələrə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, ali futbol qurumu Qətərlə Ekvador arasında baş tutan açılış oyununda 67 min 732 tamaşaçının iştirakına rəsmi münasibət bildirilib.

Daha əvvəl “El-Bayt” stadionunun 60 min tamaşaçı tutumuna malik olduğu bildirilirdi. FIFA-nın açıqlamasında bildirilib ki, arenalarda son tutumla bağlı rəqəmlər bütün hazırlıqlar başa çatdıqdan sonra yenilənib.

FIFA-nın açıqlamasına görə, DÇ-2022-yə ev sahibliyi edən stadionların tutumu belədir:
“Lusail Aykonik”: 88966 tamaşaçı
“El-Bayt”: 68895
“Xəlifə”: 45857
“Ahmed bin Ali”: 45032
“Edyukeyşn Siti”: 44667
“El-Tumama”: 44400
“El-Canub”: 44325
“Stadion 974”: 44089
 

writer photo
Əlirza Əlirzalı
0