Türkiyəli ekspert Tansu Gürsel bu gün keçiriləcək oyunlara proqnozunu açıqlayıb.
Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis bir Millətlər Liqasın matçı və iki yoldaşlıq görüşü seçib.
Gürsel təqdim etdiyi 6,29 əmsallıq kuponu bu cür dəyərləndirib:
Dünya çempionatına vəsiqə qazanan Yaponiya təqvimi yoldaşlıq görüşləri ilə dəyərləndirir. Buna rəğmən Paraqvayla matça komanda ideala yaxın heyətlə hazırlaşıb. Mundialdan kənarda qalan Paraqvay isə baş məşqçi Gilyermo Barros Şelottonun sisteminə hələ tam uyğunlaşmayıb. Yaponiyanın evdə qələbəsini gözləyirəm.
Cənubi Koreya ilə Braziliya dünya çempionatı öncəsi yoldaşlıq görüşləri ilə formada qalmağa çalışır. Asiyalılar son vaxtlar müdafiədəki etibarlı çıxışı ilə diqqət çəkir. Braziliya isə Cənubi Amerikada seçmə mərhələ səddini məğlubiyyətsiz tamamladı. “Sambaçılar”ın matçın fasiləsinə hesabda öndə yollanacağını güman edirəm.
Çexiya mundiala vəsiqə şansını pley-offun yarımfinalında İsveçə uduzaraq qaçırdı. Bu komandanın heyətində ciddi itkilər var. Çexlər ideal heyətdən çox uzaqdırlar. Bunu mütləq oyunda hiss edəcəklər. DÇ-2022-yə İtaliyanı qabaqlayaraq yollanan İsveçrədə isə həm ab-hava yüksəkdir, həm də aparıcı oyunçuların hamısı heyətdə yer alır. Bunu nəzərə alaraq, qonaqlardan qol yox, qollar gözləyirəm.
Yaponiya – Paraqvay: 1
Cənubi Koreya – Braziliya: H/T – 2
Çexiya – İsveçrə: Qonaq komanda 1,5 ÜST