Millimiz yenə məğlub oldu
02.11.2024 - 23:55
Millimiz yenə məğlub oldu

17 yaşadək qadınlardan ibarət Azərbaycan millimiz Avropa çempionatının I seçmə mərhələsində sonuncu oyununu keçirib.

Apasport.az xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 yığmamız Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamız ilk görüşdə Serbiyaya 0:10 ilə uduzub.

writer photo
Əlirza Əlirzalı
0