Qrupdan çıxmaq üçün azarkeşlərə MÜRACİƏT
28.11.2022 - 17:57
Qrupdan çıxmaq üçün azarkeşlərə MÜRACİƏT

Argentina Futbol Assosiasiyası maraqlı addıma əl atmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, qurum milli komandanın dünya çempionatındakı uğurlu çıxışı üçün klub azarkeşlərinə müraciət edib.

Assosiasiya qrup mərhələsinin Polşa ilə son tur matçında komandanı qələbəyə səsləmək, stadionda möhtəşəm ab-hava yaratmaq və “Barra Bravas”ın üzvlərini Qətərə göndərəcək. Bu, Argentinada klubların ümumi ultra qrupu sayılır.

Qeyd edək ki, Polşa – Argentina qarşılaşması noyabrın 30-da keçiriləcək. Cənubi Amerika təmsilçisi hazırda 3 xalla C qrupunun ikinci pilləsində qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0