Türkiyə təmsilçiləri ölkənin Olimpiya tarixində ilkə imza atıblar
29.07.2024 - 13:19
Türkiyə təmsilçiləri ölkənin Olimpiya tarixində ilkə imza atıblar

“Paris-2024” Yay Olimpiya Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışında Türkiyəni təmsil edən Yusuf Dikeç və Şevval İlayda Tarhan cütlüyü 582 xalla birinci olaraq finala yüksəlib.

Apasport.az xəbər verir ki, bu, Türkiyənin Olimpiya oyunlarında iştirakı tarixində atıcılıq üzrə əldə etdiyi ilk dərəcədir.

Türk cütlük iyulun 30-da qızıl medal uğrunda Serbiyanı təmsil edən Zorana Arunoviç və Damir Mikeç ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0