UEFA-dan AVRO-2024 öncəsi yeni qərar
14.05.2024 - 14:41
UEFA-dan AVRO-2024 öncəsi yeni qərar

UEFA bu il keçiriləcək Avropa çempionatı öncəsi yeni qərar qəbul edib.

Apasport.az xəbər verir ki, bu barədə UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti danışıb.

Yeni qərara əsasən, görüşün hakimləri kritik epizodlarda qəbul olunan qərarlar haqqında komandaların kapitanlarına açıqlama verəcəklər.

Rozetti müasir futbolda hakim olmağın olduqca çətin olduğunu vurğulayıb: "Hakimlər hər oyunda çətin və bəzən mübahisəli vəziyyətlərdə, böyük təzyiq altında hər 22 saniyədə bir 200-dən 250-yə qədər qərar qəbul edirlər. Hər bir qərar ekspertlər və azarkeşlər tərəfindən dəfələrlə izlənilir. Biz hakimlərdən bəzən baş verən hadisələrə görə məsuliyyət daşımalarını istəyirik. Müasir dövrdə VAR hakimləri referilərə daha dəqiq bir qərarın qəbul olunması üçün köməklik göstərirlər".

Komitə sədri bildirib ki, hakimin qərarını 22 oyunçuya açıqlaması mümkünsüzdür: "Buna görə də referilər matçdakı kritik qərarları komandaların kapitanlarına bildirməlidirlər. UEFA-nın peşəkar hakimlərdən ibarət komandası AÇ-2024-də mübarizə aparacaq hər bir komandanın kapitanı ilə görüşəcək. Kapitan xaricində hakimə etiraz edən bütün futbolçular sarı vərəqə ilə cəzalandırılacaq”.

 

writer photo
Əlirza Əlirzalı
0