Maks Ferstappen ardıcıl üçüncü dəfə Formula-1 üzrə dünya çempionu olub.
Apasport.az saytı xəbər verir ki, nidelandlı pilot Qətər Qran-Prisində bu uğura imza atıb.
“Red Bull” sürücüsünün sprint yarışında ikinci olması ona vaxtından əvvəl çempionluğunu rəsmiləşdirmək imkanı verib. Birinci yeri “Maklaren”dən Oskar Piastr tutub. Xal sıralamasında onun ən yaxın izləyicisi komanda yoldaşı Serxio Peresin qəzaya uğraması Ferstappenin işini asanlaşdırıb. O, 2021 və 2022-ci illərdə qazandığı çempion tituluna birini də əlavə edib.
Qeyd edək ki, ötən həftə “Red Bull” Mühəndislər kubokunu qazanıb.
Ferstappendən ardıcıl üçüncü çempionluq
07.10.2023 - 22:54
0
0