Gimnastlarımız İspaniyada qızıl medal qazanıb
06.07.2024 - 16:48
Gimnastlarımız İspaniyada qızıl medal qazanıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından apasport.az-a verilən məlumata görə, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv çoxnövçülük proqramında fərqlənib.

Komanda ən yüksək nəticəyə nail olaraq fəxri kürsüyə qalxıb.

writer photo
Əlirza Əlirzalı
0