BOK prezidentinin Olimpiya Oyunları ilə bağlı açıqlaması
16.07.2024 - 20:49
BOK prezidentinin Olimpiya Oyunları ilə bağlı açıqlaması

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Paris-2024 Yay Olimpiya Oyunlarının startı ilə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada dünyada baş verən geosiyasi çətinliklərə baxmayaraq, məqsədə çatıldığı bildirilib: “Planetin milyardlarla insanı Paris Oyunlarını səbirsizliklə gözləyir. Hansı ki, dünyada çoxsaylı münaqişələr və fikir ayrılıqları olduğu bir vaxtda. Çətin geosiyası situasiyanın fonunda son illərdə biz 206 Milli Olimpiya Komitəsinin idmançılarını bir bayraq altında birləşdirə bilmişik”.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-da start götürüb, avqustun 11-də yekunlaşacaq.

writer photo
Əlirza Əlirzalı
0